Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO
    • 27-05-2023, 16:56
    • 194

Moskvada azərbaycanlı iş adamlarına məxsus bazarda yanğın baş verib - FOTO

Rusiya paytaxtında azərbaycanlı iş adamlarına məxsus "Sadodvod" bazarında yanğın baş verib. Yanğın hadisəsi "Sadodvod" bazarının üç pavilyonunda qeydə alınıb.

Yanğınsöndürənlərin alovu söndürüblər. Yanğın nəticəsində zərərçəkənlər barədə məlumatın olmadığı bildirilib.

Qeyd edək ki, Moskva dairəvi yolunun 14-cü kilometrliyində yerləşən "Sadodvod" bazarı yəhudi əsilli azərbaycanlı iş adamları Qod Nisanov, Zarah İliyevin "Kiyevskaya ploşad" şirkətinə məxsusdur. /APA/