-
- 27-05-2023, 19:02
- 476
Marketdə satılan ən ucuz şərab müsabiqənin qalibi oldu
Belçikanın ən yaxşı şərab eksperti Erik Boşman marketdən alınmış ən ucuz şərabı Fransada keçirilən nüfuzlu “Gilbert et Gaillard” müsabiqəsinə göndərib.
Bu ucuz şərab müsabiqənin qalibi olub.
Mütəxəssislər bunun bütün həyatları boyu içdikləri ən yaxşı içkilərdən biri olduğunu söyləyiblər.
Boşman, 2,50 avroya aldığı bu ucuz şərabı bir növ “Chateau Colombier” kimi təqdim edib. Bu Boşmanın qoyduğu uydurma bir addır. O bildirib ki, şərab Valloniyada bitən zərif üzüm sortlarından hazırlanıb.
Müsabiqədə iştirak etmək üçün 50 avro məbləğində vəsaitin qoyulması və içkinin tərkibinə dair laboratoriya məlumatlarının təqdim edilməsi tələbi də var idi. Amma Boşman bu proseduru asanlıqla saxtalaşdırıb.
Nəticədə “elit” içki "Chateau Colombier" müsabiqənin qalibi olmağı bacarıb. Münsiflər heyətinin fikrincə, bu, xoş mürəkkəblik vəd edən təmiz, gənc ətirli zəngin dada malik olan müstəsna və çox maraqlı şərabdır. Münsiflər əlavə edibər ki, həyatları boyu içdikləri ən yaxşı şərablardan biridir. /Lent.az/