Goranboyda 2 övlad atası özünü güllələyərək intihar edib
    • 19-02-2019, 18:16
    • 1 416

Goranboyda 2 övlad atası özünü güllələyərək intihar edib

Goranboy rayonunda intihar hadisəsi baş verib.

Rayonun 47 yaşlı Şəfəq kənd sakini Rövşən Ənvər oğlu Qurbanov ov tüfəngi ilə baş nahiyəsinə atəş açaraq intihar edib. İntiharın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, mərhumun 2 övladı var.

//Report