Sinan Oğandan seçki sonrası İLK AÇIQLAMA: Uduzan onlar oldu!
    • 28-05-2023, 22:26
    • 211

Sinan Oğandan seçki sonrası İLK AÇIQLAMA: Uduzan onlar oldu!

“Prezident seçkiləri prosesi başa çatıb. Bu nəticəyə görə birinci turda dəstəyini əsirgəməyən seçicilərimiz ikinci turda da bizi dəstəkləməyə davam edərək Türkiyənin sabitliyinə səs verdilər”. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidentliyinə ATA İttifaqının keçmiş namizədi Sinan Oğan Tvitter hesabında yazıb.

“Plana sadiq qalan bütün vətəndaşlara minnətdarlığımı bildirirəm. Artıq yeni bir dövr başlayır, qalib türk millətçiləri, Atatürkçülər, türk milləti və türk dünyası, uduzanlar isə linç mədəniyyəti ilə terrora bağlı partiyalar olanlar və onlara güvənənlər oldu”, - Sinan oğan qeyd edib.