Bankda pulu olanlara şad xəbər - Müddət 1 il də uzadıldı
    • 19-02-2019, 18:20
    • 1 097

Bankda pulu olanlara şad xəbər - Müddət 1 il də uzadıldı

“Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilib.

New24.az Milli Məclisin rəsmi saytına istinadən xəbər verir ki, sözügedən qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər 3 il müddətinə tam sığortalanır.

Həmin müddət martın 4-də bitəcəyinə görə, onun daha 1 il uzadılması təklif olunur. 

Təklif səsə qoyularaq qəbul edilib və beləliklə də əmanətlərin tam sığortalanmasının müddəti bir il daha artırılıb.