-
- 4-03-2020, 20:22
- 1 571
Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır
Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır.
News24.az xəbər verir ki, qeyri-rəsmi olaraq bank rəhbərləri bu barədə qərar veriblər. Qərara əsasən, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır.
Qeyd edək ki, bu müddət 9 ayı əhatə edir.
Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq bu məsələ qanunla tənzimlənir.
Bildiyimiz kimi, VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı narahat olduğundan bir sıra banklar müddətin uzadılmasına qərar veriblər.
//Qafqazinfo