Oğuzda 32 yaşlı qadını maşın vurdu
    • 29-05-2023, 21:21
    • 212

Oğuzda 32 yaşlı qadını maşın vurdu

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Kərmli kəndindən keçən hissəsində baş verib.

Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Sevinc Sabir qızı İbrahimovanı “KİA” markalı minik avtomobili vurulub.

Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) S.İbrahimovaya ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

Faktla bağlı araşdırma aparılır. /APA/