Oğuzda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO
    • 20-04-2023, 23:05
    • 331

Oğuzda yol qəzası zamanı iki nəfər xəsarət alıb - FOTO

Oğuzda eyni saatda iki yol qəzası baş verib.

Saat 21 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu Calut kəndi ərazisindən keçən hissəsində “Niva” markalı və “Hyundai markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar Təcili Tibbi Yardım maşını ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

İkinci yol qəzası Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisində baş verib. Bu qəzada “UAZ” markalı avtomobillə “Hyundai” avtomobii toqquşub. Hadisədə "Hyundai" markalı avtomobildə olan bir nəfər xəsarət alıb. Yaralı Oğuz RMX-a aparılıb. Hər iki yol qəzası hadisəsi ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu gün günorta saatlarında Oğuz rayon mərkəzinin girişində yol qəzası baş verib.

Hərəkətdə olan "VAZ-2104" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Qəza zamanı "VAZ-2107"də olan sərnişinlər - Təranə Umarova və onun nəvəsi, 2023-cü il təvəllüdlü A.Umarov xəsarət alıblar.

Yarlılara Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə edilmək üçün Qəbələ Rayon Mərkəzi Xəstəxansına göndəriliblər.

Yaralılardan T. Umarovaya körpücük sümüyünün sınığı və qabırğaların çoxsaylı sınığı dioqnozu qoyulub.

Bu gün Oğuz rayon ərazisində baş verən üç yol-nəqliyat hadisəsi zamanı biri körpə olmaqla beş nəfər xəsarət alıb. /APA/