-
- 20-02-2019, 10:26
- 915
Taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Kənd Təsərrüfatı Nazirliyində ölkədə taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən News24.az-a verilən məlumata görə, nazir İnam Kərimovun sədrliyi ilə keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, tabeli qurumların və taxıl əkini aparılmış rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, o cümlədən Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi iştirak edib.
Müşavirədə 2019-cu ildə taxılçılığın mövcud vəziyyəti, görülmüş işlər ətrafında fikir mübadiləsi aparılıb, taxıl əkinində texnoloji xəritəyə riayət olunması, gübrə ilə təminat, suvarma, alaq otlarına qarşı mübarizənin təşkilinə dair hesabatlar dinlənilib.
Tədbirdə ölkədə taxılçılığın inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün görülən işlərə toxunulub.