Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - YENİLƏNDİ
    • 30-05-2023, 11:30
    • 614

Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir - YENİLƏNDİ

Elxan Qasımovla kino studiyada vida mərasimi keçirilib. 

News24.az xəbər verir ki, əməkdar artistin vəsiyyətinə uyğun olaraq evində vida mərasimi keçirildikdən sonra onun cənazəsi kino studiyaya gətirilib.


11:00

Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

Qeyd edək ki, əməkdar artist Xırdalan qəbristanlığında dəfn olunacaq. O, bir müddət idi ki, reanimasiya şöbəsində müalicə olunurdu.

Qumral Əliyeva 

Teymur Məmmədov