"Zelenski Ukraynanı yeni Əfqanıstana çevirib" - Azarov
    • 30-05-2023, 11:55
    • 183

"Zelenski Ukraynanı yeni Əfqanıstana çevirib" - Azarov

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ölkənin hazırkı prezidenti Vladimir Zelenskinin respublikanı “yeni Əfqanıstan”a çevirdiyini bildirib. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə keçmiş baş nazir öz "Facebook" səhifəsində yazıb.

“Bu illər ərzində Ukrayna prezidentləri onu ya yeni Fransa, ya da İsveçrə edəcəklərinə söz verdilər. Ancaq Zelenski lap uzağa getdi və ondan yeni Əfqanıstan yaratdı. ABŞ-ın yaxın gələcəkdə öz “oyuncağından” (oyuncaq dedikdə, keçmiş baş nazir Ukraynanı nəzərdə tutur – red.) yorulmamaq şansı varmı?".

Qeyd edək ki, bundan əvvəl Azarov Kiyevi Ukrayna xalqının genetik yaddaşını silməyə çalışmaqda ittiham edib.

Aynurə