Zelenski yeni Baş nazirin namizədliyi ilə bağlı xarici məsləhətləşmələr keçirəcək
    • 17-01-2020, 13:39
    • 1 025

Zelenski yeni Baş nazirin namizədliyi ilə bağlı xarici məsləhətləşmələr keçirəcək

Ukrayna prezidenti Vladimir Zelenski həftə sonu yeni Baş nazir və hökumət üzvlərinin namizədliyi ilə əlaqədar məsləhətləşmələr aparacaq.

News24.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Ali Radadakı "Xalqın xidmətçiləri" prezident fraksiyasındakı mənbə məlumat yayıb.

V.Zelenskinin ən azı iki iclas, prezidentin ətrafındakı əsas şəxslər və telefonla xarici məsləhətləşmələr ilə bir neçə görüş planlaşdırılır.

Qeyd edək ki, bu gün Ukraynanın Baş naziri Aleksey Qonçaruk istefa edib.