Azərbaycanda məktəbin qarşısında avtomobil şagirdi vurdu – ANBAAN VİDEO
    • 30-05-2023, 13:11
    • 209

Azərbaycanda məktəbin qarşısında avtomobil şagirdi vurdu – ANBAAN VİDEO

Bir neçə gün əvvəl rayonlardan birində məktəbin qarşısında avtomobil şagirdi vurub.

News24.az xəbər verir ki, “Lexus” markalı avtomobil piyada keçidindən yolu qaçaraq keçməyə çalışan yeniyetmə qızı vurub. Zərbənin gücündən şagirdin çantası xeyli məsafəyə uçaraq düşüb.

Hadisənin görüntülərindən minik avtomobilinin məktəbin qarşısında, piyada keçidinə yaxınlaşarkən sürəti azaltmaması aydın görünür.

Hadisənin görüntülərini təqdim edirik.

Hadisə nəticəsində xəsarət alan məktəblinin həyati təhlükəsinin olmadığı bildirilir.