Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi MƏLUM OLDU
    • 31-05-2023, 10:05
    • 286

Yevlaxda özünü qatarın altına atan şəxsin kimliyi MƏLUM OLDU

Mayın 23-də Yevlax rayonunda özünü sürət qatarının altına ataraq intihar edən şəxsin kimliyi müəyyənləşib.

News24.az-ın məlumatına görə, aparılan araşdırmalar nəticəsində, onun Mingəçevir şəhər sakini, 1959-cu il təvəllüdlü Bayramov Faiq Qəhrəman oğlu olduğu dəqiqləşib.
Onun intihar məqsədi ilə özünü qatarın altına atdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, mayın 23-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.