Bakı Metrosunda özünü qatarın altına atan şəxsin kimliyi bilindi
    • 13-09-2022, 13:15
    • 325

Bakı Metrosunda özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Dünən axşam Makı Metropoliteninin "Elmlər Akademiyası" stansiyasında özünü Qatar yoluna atan şəxsin kimliyi məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Şəmkir rayonundan olan 30 yaşlı Tamerlan Rövşən oğlu Ələsgərli olması üzə çıxıb. Onun intihar məqsədilə özünü relslərin üstünə atdığı məlum olub.

Saxlanılaraq Metropolitendə Polis Şöbəsinə aparılan 30 yaşlı Tamerlan özünü öldürmək istədiyini və qatarın gəlib onun üstündən keçməsini istədiyini bildirib.

Qeyd edək ki, Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov hadisə barədə açıqlama verib. O bildirib ki, sərnişin stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib: “Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb”.