Ərdoğan üçün muzey yaradılır
    • 31-05-2023, 12:03
    • 220

Ərdoğan üçün muzey yaradılır

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın adına vəqf yaradılıb. Vəqf Ərdoğanın adına muzey və kitabxana qurmağı hədəfləyir.

News24.az xəbər verir ki, bu barədə məlumat Resmi Gazetedə dərc olunub.

Mərkəzi İstanbulda olan fondun aktivləri 120 min türk lirəsi məbləğində müəyyən edilib.

Muzeydə Ərdoğanın şəxsi əşyaları və vəzifəsi zamanı ona hədiyyə edilən əşyaları sərgilənəcək. Bundan əlavə, fondun xətti ilə Rəcəb Tayyib Ərdoğanın kitabxanasının yaradılması, eləcə də sərgilərin, elmi, mədəniyyət və incəsənət proqramlarının təşkili nəzərdə tutulur. 

Qumral