Getdikcə daha çox Avropa ölkəsi bizimlə əməkdaşlıq edir - Prezident
    • 31-05-2023, 12:10
    • 219

Getdikcə daha çox Avropa ölkəsi bizimlə əməkdaşlıq edir - Prezident

“Getdikcə daha çox Avropa ölkəsi Azərbaycanla fəal əməkdaşlıq edir”.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.

“Fəxr edirik ki, Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmiləri Azərbaycanı etibarlı tərəfdaş adlandırırlar və qeyd etməliyəm ki, bu, doğrudur”, - dövlət başçısı bildirib.

"Qeyd etdiyim kimi ötən ilin iyul ayında Aİ və Azərbaycan arasında enerji sektorunda strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Biz 2027-ci ilə qədər Aİ bazarına qaz tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bu, tamamilə realdır", - Prezident İlham Əliyev bildirib.