-
- Bu gün, 07:56
- 100
Leninin nəşi Mavzoleydən çıxarıla bilər?
“Vladimir Leninin nəşinin Mavzoleydən çıxarılması ilə bağlı məsələ həddindən artıq həssas mövzudur”.
News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin böyük mətbuat konfransında jurnalist Kseniya Aksenovanın məsələ ilə bağlı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, bu mövzu geniş mətbuat konfransı üçün deyil:
“Bu məsələ nə geniş mətbuat konfransı, nə də birbaşa xəttə uyğundur. Bunlar həddindən artıq həssas və kəskin məsələlərdir”.
Bununla belə, Putin qeyd edib ki, Rusiya cəmiyyəti nə vaxtsa Leninin nəşinin dəfn edilməsi zərurətinə gələ bilər: “Lakin bu gün, məhz bu gün Rusiyada cəmiyyətimizi parçalaya biləcək heç bir addım atmamalıyıq”.
Qeyd edək ki, Vladimir Leninin mumiyalanmış nəşi Moskvanın mərkəzində Qırmızı meydanda Mavzoleydə saxlanılır.