Razi Əliyeva bir ay öncə də polisə müraciət edibmiş - Maddi ziyana görə
    • 31-05-2023, 13:24
    • 536

Razi Əliyeva bir ay öncə də polisə müraciət edibmiş - Maddi ziyana görə

Xəbər verdiyimiz kimi, "Miss Azərbaycan-2017"nın qalibi, model və aparıcı Razi Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü bildirib və sosial şəbəkə üzərindən polisə müraciət edib.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, model 1 ay öncə də polisə şikayət edib.

Həmin vaxt R.Əliyevanın şikayətinin əmlakına dəyən zərərlə bağlı olduğu bildirilir.

Lakin modelin hansı əmlakına və kim tərəfindən ziyan vurulduğu bəlli deyil. Yalnız onu qeyd etmək olar ki, R.Əliyeva sosial şəbəkə üzərindən polisə son şikayətində anasının yaşadığı mənzilin qapısının Ziya Hüseynzadə tərəfindən sındırıldığını bildirib. Model həmçinin qeyd edib ki, keçmiş sevgilisi onu və ailəsini onlara ziyan vuracağı ilə hədələyib.

Bu baxımdan R.Əliyevanın bir ay öncəki şikayətinin də Z.Hüseynzadə ilə bağlı olduğunu ehtimal etmək olar.