DİN-dən tanınmış modelin döyülməsinə REAKSİYA
    • 31-05-2023, 10:54
    • 320

DİN-dən tanınmış modelin döyülməsinə REAKSİYA

Daxili İşlər Nazirliyi (DİN) model Razi Əliyevanın sevgilisi tərəfindən döyülməsi iddialarına münasibət bildirib.

News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazirlik yayılan görüntülərdən məlumatlıdır.

“Araşdırma aparılır. Əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, R.Əliyeva sevgilisi Ziya Hüseynzadə tərəfindən döyüldüyünü, işgəncələrə məruz qaldığını iddia edir.