Ukraynanın sonuncu döyüş gəmisi məhv edildi
    • 31-05-2023, 14:13
    • 245

Ukraynanın sonuncu döyüş gəmisi məhv edildi

Rusiya Aerokosmik Qüvvələri Ukrayna Hərbi Dəniz Qüvvələrinin sonuncu döyüş gəmisi “Yuriy Olefirenko”nu məhv edib. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, Odessa limanında hərbi gəmilərin dayanacağı vurulub.

Müdafiə departamenti həmçinin bildirib ki, hava hücumundan müdafiə sistemləri ötən gün ərzində 12 HIMARS reaktiv yaylım atəş sistemini və bir “Fırtına kölgəsi” uzaq mənzilli qanadlı raketi ələ keçirib.

Qumral