Ukraynaya məxsus hərbi yük təyyarəsi vuruldu
    • 4-06-2022, 19:32
    • 579

Ukraynaya məxsus hərbi yük təyyarəsi vuruldu

Odessa yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus silah və sursatları daşıyan hərbi yük təyyarəsi vurulub”.

Bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov danışıb.

“Rusiyanın hava hücumundan müdafiə vasitələri Odessa yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus silah və sursat daşıyan hərbi yük təyyarəsini vurub”, - Konaşenkov bildirib.

O, Ukrayna ordusunun Sumi bölgəsindəki Stetskovka yaxınlığındakı artilleriya təlim mərkəzinin yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vurulduğunu deyib.

“Mərkəzə gələn əcnəbi təlimçilər Ukrayna əsgərləri ilə M777 haubitsalarının istifadəsi və atəşə nəzarət mövzusunda praktiki təlim keçiblər. Bundan başqa, Odessa vilayətində Daçnoye yaxınlığındakı xarici muzdlu hərbi baza raketlə hədəfə alınaraq məhv edilib”,- Konaşenkov qeyd edib.

Konaşenkov həmçinin Luqanksda Ukrayna Silahlı Qüvvələrinin 2 komanda mərkəzinin, 6 raket, artilleriya, sursat və yanacaq çəninin məhv edildiyini deyib.

“Hava zərbələri nəticəsində 400-dən çox Ukrayna əsgəri, 20 tank və zirehli texnika, 4 BM-21 Qrad reaktiv yaylım atəşi sistemi, 9 top qurğusu və 29 müxtəlif texnika məhv edilib”, - Konaşenkov əlavə edib./Qafqazinfo.az/