Putin və Ərdoğan görüşəcək - Peskov AÇIQLADI
    • 31-05-2023, 16:16
    • 305

Putin və Ərdoğan görüşəcək - Peskov AÇIQLADI

“Putin zəng edib cənab Ərdoğanı seçkilərdəki qələbəsi, yenidən Türkiyə Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edəndə prezidentlər yaxın gələcəkdə ikitərəfli görüş keçirmək niyyətlərini təsdiqlədilər. Lakin görüşün dəqiq harada və nə vaxt keçiriləcəyi hələ razılaşdırılmayıb”. 

News24.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hər iki prezidentin qrafiki nəzərə alınmaqla, görüşün nə zaman və harada keçiriləcəyi ilə bağlı razılığa gəlinəcək. Biz belə bir görüşə artıq hazırlaşırıq”, - Peskov bildirib.

Eyni zamanda, Türkiyə prezident administrasiyasındakı mənbə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın vaxtlarda planlaşdırılmır və liderlər daim təmasdadır: “Yaxın vaxtlarda belə bir səfər hazırlanmır”, - mənbə bildirib.

Bir müddət əvvəl Türkiyə mediası “Hürriyet” qəzetinin müxbiri Hande Fıratın sözlərinə istinadla xəbər vermişdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Rusiya lideri Ankaraya səfər etməyi planlaşdırır.

Akqabay