Baş nazir müavinlərinin görüşü ilə bağlı Rusiyada AÇIQLAMA
    • 31-05-2023, 16:33
    • 334

Baş nazir müavinlərinin görüşü ilə bağlı Rusiyada AÇIQLAMA

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair görüşü keçiriləcək. 

News24.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bu gün razılıq əldə olunub ki, bu işçi qrupun çox yaxın vaxtlarda görüşəcək. Baxılacaq məsələlər Azərbaycan və Ermənistan arasında sərhədin keçmə modallığı ilə bağlı texniki detallara aiddir. Söhbət ondan gedir ki, bu sərhəddə pasport, gömrük və beynəlxalq sərhədlərdə mövcud olan bütün digər nəzarət növləri olacaq”, - Overçuk “İnterfaks”ın sualını cavablandırarkən deyib.

“Tərəflər bu gün Azərbaycanın Qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsini bərpa edə biləcəyimizi söyləməyə çox yaxınlaşıblar. Ermənistan da kommunikasiyaları blokdan çıxararaq Naxçıvan, Sünik (Zəngəzur), Azərbaycan vasitəsilə Rusiyaya, Aİ-nin digər ölkələrinə, həmçinin İrana da hərəkət imkanı əldə edir”, - Overçuk qeyd edib.

Mayın 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub. Bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.

Akqabay