-
- 30-05-2023, 13:42
- 341
Bu həftə Qarabağla bağlı üçtərəfli danışıqlar baş tutacaq
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan kommunikasiyaların açılması üzrə işçi qrupun iclası çərçivəsində azərbaycanlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşün keçirilməsinin mümkünlüyünü şərh edib.
News24.az xəbər verir ki, Qriqoryanın sözlərinə görə, Bakı, İrəvan və Moskva arasında danışıqlar böyük ehtimalla bu həftə baş tutacaq.
“İşçi qrupu çərçivəsində yalnız nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunacaq”, - Mher Qriqoryan bildirib.
Xatırladaq ki, mayın 25-də Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri rəhbərlərinin üçtərəfli görüşündən sonra Rusiya baş nazirinin müaviniAleksey Overçuk baş nazir müavinləri səviyyəsində danışıqların aparıldığını elan edib. Overçuk bildirmişdi ki, iclas bir həftədən sonra baş tutacaq.
Akqabay