MEDİA gənc jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi
    • 31-05-2023, 16:57
    • 362

MEDİA gənc jurnalistin vəfatı ilə bağlı başsağlığı verdi

Medianın İnkişafı Agentliyi (MEDİA) “Report” İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədovun faciəvi şəkildə vəfatı ilə bağlı başsağlığı verib.

News24.az bildirir ki, başsağlığı mətnində deyilir:

“Report” İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədov Səbuhi Ədalət oğlu vəfat edib. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Səbuhi Məmmədovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”.