"Qaynar xətt"ə müraciət edən azyaşlı uşaqların sayı çoxalıb - DİN
    • 1-06-2023, 12:40
    • 235

"Qaynar xətt"ə müraciət edən azyaşlı uşaqların sayı çoxalıb - DİN

Son illər Daxili İşlər Nazirliyin 102 "Qaynar xətt"inə müraciət edən azyaşlı uşaqların sayı çoxalıb.

News24.az xəbər verir ki, bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev "Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları" adlı konfransda deyib.

Elşad Hacıyev bildirib ki, bu, sevindirici haldır: "Bu, o deməkdir ki, bizim uşaqlar da qanun pozuntularına reaksiyasız qalmırlar. Onlar bu prosesdə bizə dəstək olurlar. Bu gün təhlükəsizlik məsələsi hər birimizi maraqlandırmalıdır, hamımız ayıq-sayıq olmalıyıq".

Akqabay