"Bu işin mərkəzində vətəndaşların təhlükəsizliyi dayanır" - Elşad Hacıyev
    • 1-06-2023, 12:42
    • 248

"Bu işin mərkəzində vətəndaşların təhlükəsizliyi dayanır" - Elşad Hacıyev

"Bu konfrans bizim gələcəyimizlə bağlıdır, cəmiyyətin, dövlətin maraqlarını özündə əks etdirir. On gündür ki, bu kampaniya davam edir. 500-dən artıq avtomobildə olan, eləcə də piyada uşaqlarla, onların valideynləri ilə birbaşa olaraq fərdi ünsiyyət formasıda təbliğat işləri aparılıb. Biz o yerlərə diqqət yetiririk ki, orada qəza və təhlükə var".

News24.az xəbər verir ki, bunu DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı  “Uşaqlar, hüquqlar, qəzalar və çıxış yolları” adlı işgüzar konfransda deyib. 

O qeyd edib ki, bizi qayğılandıran məsələ uşaqların gələcəyi, onların valideyninin təhlükəsizliyidir:

"Uşaqlara səslənirəm: valideyniniz nəqliyyat vasitələrini qaydalara uyğun riayət edərsə, bir ömür boyu sizin yanınızda olacaq. Bunun üçün hər birimiz çalışmalıyıq. Respublikada uşaqlarla təkcə bu il 1000-ə yaxın görüş keçirilib. Bununla bağlı DİN-in uşaqlara yönəlik tədbirlər planı var. Bunlarım içərisində narkotiklə mübarizə, dini radikalizmə qarşı tədbirlər və yol nəqliyyat hadisələrinin önlənməsi məsələsi var. Bu il 20 minə yaxın valideynlə görüş keçirmişik. Çünki biz birgə mübarizə aparılmalıyıq" 

Elşad Hacıyev qeyd edib ki, hüquq qaydalarını qorumaq hər birimizin həyat tərzidir. DİN rəsmisi əlavə edib ki, nazirlik həm də sosial şəbəkələrlə ciddi iş aparır:

"Bu işin mərkəzində vətəndaşların təhlükəsizliyi dayanır. Belə bir aksiom var: yaşamaq istəyirsənsə, məsuliyyətli olmalısan.  Bütün hallarda biz birgə çalışmalıyıq. Çünki ölkəmizə qarşı təhdidlər var. Çünki Azərbaycan qalib ölkədir".

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, “Liatris Holding”,  Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi , Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və AVTO FM Radiosunun birgə dəstəyi və təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı keçirilir.

Akqabay