-
- 20-02-2019, 14:49
- 2 029
İsti su vannası fiziki məşqi əvəz edə bilər - ARAŞDIRMA
“Journal of Applied Physiology” jurnalında nəşr olunan araşdırmanın nəticəsinə görə, isti su vannası müəyyən mənada fiziki məşqləri əvəz edə bilər. Belə ki, isti su vannası bədən tərbiyəsi kimi, əzələlərin güclənməsinə, orqanizmin ümumi tonusunun yüksəlməsinə və qan şəkəri səviyyəsinin normallaşmasına kömək edir.
Tədqiqat çərçivəsində fiziki məhdudiyyəti və artıq çəkisi olan kişi könüllülər isti su vannası ilə bağlı təcrübədə iştirak ediblər. Əvvəlcə onlar 27 dərəcə temperaturu olan otaqda 15 dəqiqə vaxt keçiriblər. Daha sonra onların bəziləri 39 dərəcəlik suda 60 dəqiqə vanna qəbul ediblər.
Məlum olub ki, isti vanna qanda interleukin-6 və iltihab əleyhinə xüsusiyyəti olan sitokin konsentrasiyalarının artmasına səbəb olub. Digər effekti isə arterial təzyiqi azaltmağa və damarların divarını yumşaltmağa qadir olan azot oksidlərinin istehsalını artırmaqdır.
Araşdırmanı aparan alimlər bildiriblər ki, təcrübə davam edən bir neçə həftə ərzində iştirakçıların insulin və aclıq qan şəkəri səviyyəsi aşağı düşüb. Bundan başqa, bədənin müxtəlif yerlərində xroniki iltihab əlamətlərinin azalması qeydə alınıb.
Bu nəticələri nəzərə alaraq, araşdırma müəllifləri isti su vannasının müsbət təsirini fiziki məşqlərlə müqayisə edilə biləcəyini vurğulayıblar. Onların fikrincə, isti vanna fiziki hərəkəti az olan insanların formada qalmalarına kömək edə bilər.
Ancaq onu da nəzərə almaq lazımdır ki, isti suda uzun müddət qalmaq, xüsusən kişilərin reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər. Ona görə də aşırı istifadə tövsiyə edilmir.
//E-tibbAz