Sabah 28 dərəcə İSTİ OLACAQ
    • 19-04-2020, 11:46
    • 1 145

Sabah 28 dərəcə İSTİ OLACAQ

Azərbaycanda Aprelin 20-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, aprelin 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 9-12° isti, gündüz  18-23° isti, Bakıda  gecə 10-12° isti, gündüz  19-21° isti olacaq.
Atmosfer  təzyiqi 760  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50 % olacaq.  


Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Axşam  bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir duman. Mülayim qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  12-17° isti  olacaq.