Gəncədə növbə üstündə dava salan həbs edildi
    • 1-06-2023, 17:25
    • 297

Gəncədə növbə üstündə dava salan həbs edildi

Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava edən Elçin Fərhadzadə barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Gəncə Şəhər Məhkəməsində qərar elan olunub.

Qərara əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.