Bu üsullarla meyvə və tərəvəzlər XARAB OLMAYACAQ
    • Bu gün, 00:16
    • 876

Bu üsullarla meyvə və tərəvəzlər XARAB OLMAYACAQ

Soyuducuda saxlanılan tərəvəz və meyvələr müəyyən müddətdən sonra xarab olmağa başlaya bilər. 

News24.az xəbər verir ki, tərəvəz və meyvələrin xarab olmasının qarşısını almaq və soyuducuda uzun müddət təzə saxlamaq üçün bəzi təbii üsullardan istifadə edə bilərsiniz. 

Düzgün saxlama qablarından istifadə edin: Meyvə və tərəvəzləri saxlayarkən hava keçirməyən qablardan istifadə etməyə diqqət edin. Bu qablar içəridəki nəmin çıxmasının qarşısını alacaq və yeməyi təzə saxlayacaq.

Salfetə bükün: Yarpaqlı tərəvəzləri saxlayarkən nəm balansını qorumaq üçün onları salfetə bükün və bu şəkildə saxlayın. Onların daha uzun müddət təzə qaldığını görəcəksiniz.

Yuyulmadan saxlayın: Tərəvəz və meyvələrin yuyulmadan saxlanması onların üzərindəki təbii qoruyucu təbəqəni qorumaqla çürümə prosesini ləngidir. Tərəvəzləri yeməkdən dərhal əvvəl yumaq daha yaxşı olar.

Tərəvəz və meyvələri ayırın: Yetişmə zamanı meyvələr etilen qazı adlı qaz buraxmağa başlayır. Bu qaz tərəvəzlərin daha tez yetişməsinə səbəb olduğundan tərəvəz və meyvələri ayrı saxlamaq lazımdır.

Düzgün temperatur rejimində saxlayın: Tərəvəz və meyvələri saxladığınız soyuducunun bölməsindəki temperatur rejiminə diqqət yetirməlisiniz. 1 ilə 4 dərəcə arasında işləyən soyuducu tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edəcək.

Müntəzəm olaraq yoxlayın: Tərəvəz və meyvələr saxlanarkən mütəmadi olaraq yoxlanılmalıdır. Tərəvəz və meyvələrdə xarab olarsa, dərhal onları ayırmalısınız. Əks halda xarab digər məhsullara keçəcək və onların daha tez çürüməsinə səbəb olacaq.

Məryəm İlhamqızı