Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var
    • 2-06-2023, 02:15
    • 236

Bakıda məktəblilər arasında dava düşdü: Bıçaqlananlar var

Bakının Sabunçu rayonunda yeniyetmələr arasında dava düşüb və iki nəfər xəsarət alıb.

Hadisə Sabunçu rayonunun İvan Anaşkin küçəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Novruzov Yusif Xaqani oğlu və 2001-ci il təvəllüdlü Kənan Mustafayev bıçaq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, bıçaqlanan hər iki şəxs Sabunçu rayonu ərazisində yerləşən məktəblərdən birinin şagirdləridir.