Ramiz Əzizbəylinin ayağı amputasiya olunacaq? – Həkimi danışdı
    • 20-02-2019, 15:42
    • 1 398

Ramiz Əzizbəylinin ayağı amputasiya olunacaq? – Həkimi danışdı

Ramiz Əzizbəylinin səhhəti qənaətbəxşdir. Şuxdur, deyir-gülür, hətta şeir belə yazır.

News24.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya Xalq artisti Ramiz Əzizbəylinin həkimi Ceyhun Babayev deyib. O, məşhur aktyorun ev şəraitində müalicə aldığını qeyd edib:
“Ayağı amputasiya olunmayacaq. Gələcəyi biz həkimlər deyil, Allah bilir. Yetərincə yanaşı gedən xəstəlikləri var. Sosial şəbəkələrdə çox xəbərlər yayırlar, amma informasiyalar həqiqətlə uzlaşmır. Ramiz müəllim yaxşıdır, nəzarət altındadır”.