Türkiyədə deputatların andiçmə mərasimi başlayır - TBMM-ə Baxçalı sədrlik edir
    • 2-06-2023, 14:00
    • 299

Türkiyədə deputatların andiçmə mərasimi başlayır - TBMM-ə Baxçalı sədrlik edir

Türkiyənin Yüksək Seçki Şurasının (YSK) ümumi parlament seçkilərinin yekun nəticələrini açıqlamasından sonra Türkiyə Böyük Millət Məclisi TBMM Əsasnaməsinə uyğun olaraq saat 14:00-da çağırış olmadan toplanacaq.

News24.az xəbər verir ki, yeni qanunvericilik dövrünün ilk iclasında deputatlar and içəcəklər. TBMM-in ilk yığıncağında MHP Ümumi Başçısı və Osmaniye millət vəkili Dövlət Baxçalı ən yaşlı üzvü olaraq Türkiyə Böyük Millət Məclisini müvəqqəti olaraq idarə edəcək.

Əsasnaməyə əsasən, ən gənc altı müavin müvəqqəti katiblər olacaq. Bu çərçivədə AK Partiyanın millət vəkilləri - Ankara millət vəkili Zehranur Aydemir, İstanbul millət vəkili Rümeysa Kadak, Ankara millət vəkili Zeynep Yıldız, Gaziantep millət vəkili Məsut Bozatlı,İzmir Mmillət vəkili Eyyüp Kadir İnan və Yaşıl Sol Partiyası Mardin millət vəkili Beritan Güneş Türkiyə Böyük Millət Məclisinin Müvəqqəti Sədrliyində yer alacaqlar.

Müvəqqəti Rəhbərlik Şurası TBMM və İdarəçilik Şurasının sədri seçilənə qədər fəaliyyət göstərəcək.

Andiçmə mərasimi Baxçalının andı ilə başlayacaq.

Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində Məclisin ilk müvəqqəti sədri Dövlət Baxçalı and içəcək. Baxçalıdan sonra millət vəkilləri əyalətlərin əlifba sırasına görə kürsüdən and içəcəklər.

Andiçmə mərasimində iştirak etməyən deputatlar iştirak etdikləri ilk iclasın əvvəlində and içə biləcəklər.
And içməkdən imtina edən millət vəkilləri deputat adından irəli gələn hüquqlardan yararlana bilməyəcəklər. Digər tərəfdən, Məclisdə deputatların qeydiyyatı davam edəcək.

Akqabay