Elman Nəsirov deputat sözünə etiraz etdi:
    • 25-06-2021, 11:50
    • 1 338

Elman Nəsirov deputat sözünə etiraz etdi: "Əvəzlənsin"

Milli Məclisin deputatı deputatı Elman Nəsirov parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında parlament üzvlərinin "deputat" adlanmasina etiraz edib.
 

News24.az Modern.az-a istinadən xəbər verir ki, deputat "millət vəkili" ifadəsinin əhəmiyyətini xüsusi vurğulayıb:
 
""Millət vəkili" sözü daha önəmli məna daşıyır. "Deputat" sözü isə alınma sözdü. "Millət vəkili" sözü ictimai sifarişə çevrilib. Türkiyədə də "millət vəkili" ifadəsi işlədilir. Hesab edirəm ki, qanuna dəyişiklik olunmalıdır".