-
- 2-06-2023, 15:30
- 293
Sudan qanunsuz istifadə hallarının qarşısı alındı - Video
Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.
News24.az xəbər verir ki, Suraxanı rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb. Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB massivində fəaliyyət göstərən ət kəsimi məntəqəsinin sahibi texniki şərt almadan, müqavilə bağlamadan sudan qeyri-qanuni istifadə edib. Obyekt sahibinə sudan qanunsuz istifadə ilə bağlı xəbərdarlıq edilsə, o qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq suyu talamaqda davam edib.
Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsində qum bazarı və istixanada da sudan qanunsuz istifadə halı aşkarlanıb. Sahibkar əhalini içməli su ilə təmin edən əsas xəttə birləşmə verərək, obyektlərin suya olan tələbatını ödəyirmiş. Oxşar fakt Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 20 ünvanında yerləşən kafedə də aşkarlanıb. Kafe sahibi obyekti çən vasitəsilə su ilə təmin etdiyini bildirib. Lakın araşdırmalardan məlum olub ki, yaxınlıqdan keçən şəbəkədən həm çənə, həm də obyektin özünə qanunsuz su xətti çəkilib. Oqtay Şabanov küçəsində yerləşən toyuq və balıq məhsullarının qurudulması sexində su sayğacı olmasına baxmayaraq, sayğacdankənar xəttdən istifadə edildiyi aşkar olunub. Əraziyə dəvət olunan qəza briqadası tərəfindən qeyri-qanuni birləşmələrin hamısı kəsilərək, ləğv edilib.
Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817, Suraxanı rayonunda isə 133 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.