Hindistanda dəhşətli qatar qəzası - Baş nazir təcili iclas çağırdı
    • 3-06-2023, 10:48
    • 231

Hindistanda dəhşətli qatar qəzası - Baş nazir təcili iclas çağırdı

Hindistanın baş naziri Narendra Modi son dəmir yolu qəzası ilə əlaqədar Dəmir Yolları Nazirliyinin rəsmiləri ilə fövqəladə yüksək səviyyəli iclas çağırıb. 

News24.az
xəbər verir ki, bu barədə NDTV-nin saytında məlumat verilib.

Hindistanın baş naziri zərərçəkənlərin xilas edilməsi və müalicəsi ilə bağlı məsələ qaldırmaq niyyətindədir. Bundan əlavə, Modi fəlakətlə bağlı digər mövzulara da toxuna bilər.

Modi həmçinin iyunun 3-də Odişa ştatına gedəcək və orada qəza yerinə baş çəkəcək.

Qeyd edək ki, iyunun 2-də Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində azı 238 nəfər həlak olub. Hazırda xilasedicilər dəmir yolu relslərində fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması ilə məşğuldurlar.

Akqabay