Şəmkirdə ata qızını bıçaqladı, sonra isə intihar etdi - Yeniləndi
    • 3-06-2023, 12:25
    • 3 133

Şəmkirdə ata qızını bıçaqladı, sonra isə intihar etdi - Yeniləndi

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə kişinin qızını bıçaqlayandan sonra intihar etməsi ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov News24.az-a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini 1976-ci il təvəllüdlü A.Cəfərovanın bıçaq xəsarəti alaraq xəstəxanaya müraciət etməsi və Sərdar Cəfərovun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub, Sərdar Cəfərov ailə münaqişəsi zəminində qızı A.Cəfərovaya bıçaqla xəsarət yetirdikdən sonra intihar edib.

Yaralının vəziyyəti normaldır, faktla bağlı araşdırmalar davam etdirilir

11.25

Şəmkirdə ata qızını bıçaqlayıb, sonra isə intihar edib.


News24.az xəbər verir ki, hadisə şəhərin 5-ci küçə ərazisində qeydə alınıb.

1940-ci il təvəllüdlü Sərdar Cəfərov qızı Rəna Cəfərovanı bıçaqlayıb. Daha sonra isə intihar edib. Yaralı xəstəxanaya aparılıb. Hadisənin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.