Şəmkirdə bir gündə 2 nəfər özünə xəsarət yetirib
    • 10-05-2022, 01:18
    • 282

Şəmkirdə bir gündə 2 nəfər özünə xəsarət yetirib

Şəmkir rayonunda 2 nəfər kəsici ailətlə özünə xəsarət yetirib.

Hadisələrdən biri şəhərin Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1974-cü il təvəllüdlü R.Cəfərov kəsici ailətlə qol nahiyəsinə xəsarət yetirib.

Daha bir hadisə isə Şəmkir şəhərinin başqa ünvanında qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü T.Muradsoy hər iki qoluna kəsici ailətlə bir neçə xəsarət yetirib.

Hər ikisi xəstəxanaya aparılıb.

Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi barədə isə hələ ki, məlumat yoxdur.

Faktla bağlı araşdırmalara başlanılıb./Report.az/