Nikol Paşinyan Türkiyədə səfərdədir
    • 3-06-2023, 17:54
    • 256

Nikol Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Onu Ankaranın Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb.

N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq.

Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir.

Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir. /Report/