-
- 4-10-2022, 11:35
- 336
Ərdoğan və Paşinyan Praqada görüşəcək
Oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.
News24.az "Trend"-ə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesinin müzakirəsi gözlənilir.
Bundan başqa, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşlərinin üçüncü ölkələrdə, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi məsələsi nəzərdən keçiriləcək.
Eyni zamanda tərəflərin regionda gərginliyin azaldılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını müzakirə edəcəyi gözlənilir.