-
- 20-02-2019, 18:17
- 747
Aİ rəsmisi: "Azərbaycanla bərpa olunan enerji sahəsində işbirliyi qurmaq niyyətindəyik"
"Bilirsiniz ki, Azərbaycan və Avropa İttifaqı(Aİ) arasında “Əhatəli Saziş” üzrə danışıqlar gedir. Ümid edirəm ki, bu saziş Aİ ilə Azərbaycan arasındakı əlaqələri yeni bir mərhələyə qaldıracaq”.
Bunu Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci nazirlər iclasından sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının büdcə və insan ehtiyatları komissarı Günter Ottinger bildirib.
O deyib ki, Aİ rəsmi Bakı ilə energetikanın digər sahələri ilə əməkdaşlıq etməkdə maraqlıdır: “Həmin sazişdə bir sıra bölmələr var ki, bununla bağlı müəyyən irəliləyiş olub. Bundan sonra da əlavə səylərin göstərilməsi nəzərdə tutulub. Əslində həmin saziş Aİ ilə Azərbaycan arasında olan əlaqələri yeni bir səviyyəyə qaldıracaq. Bu bizim aramızda olan əlaqələri daha da güclü edəcək. Aİ ilə Azərbaycan arasında enerji sahəsindəki əməkdaşlığın çox geniş imkanları var. Onlar sırasında yanacaq, bərpa olunan enerji mənbələri, elektrik şəbəkələrinin müasirləşdirilməsi kimi müəyyən məqamlar var. Bundan əlavə digər sahələr var ki, burada da bizim iş birliyimiz genişlənməkdədir. Bu sırada nəqliyyatı və başqa sahələri deyə bilərəm. Biuz Aİ olaraq Azərbaycan hökumətinin öz iqtisadiyyatını daha da şaxələndirməsinə kömək göstərməyə daim hazırıq. Enerji, xüsusən də bərpa olunan enerji sahəsində işbirliyi qurmaq niyyətindəyik”.
//Report