İnanılmaz hadisə! İki həftə ərzində 30 uşaq itkin düşdü
    • 5-06-2023, 09:30
    • 107

İnanılmaz hadisə! İki həftə ərzində 30 uşaq itkin düşdü

ABŞ-da polis rəsmiləri may ayının ilk iki həftəsində Klivlenddə iyirmidən çox uşağın itkin düşdüyünü bildirib.

News24.az xəbər verir ki, polis bununla bağlı bölgədə həyəcan təbili çalıb.

"Klivlend İtkinlər Təşkilatı"nın İdarə Heyətinin sədri vəzifəsini icra edən polis rəisi 2023-cü ildə 12-17 yaşlı uşaqların yoxa çıxmasının görünməmiş səviyyəyə çatdığını vurğulayıb. 

Polis rəisi bildirib ki, həmin uşaqların insan alverinin qurbanı olub-olmadığı barədə məlumat yoxdur. 

May ayının ortalarına olan məlumata görə, Klivlenddə ümumilikdə 56 uşağın itməsi halı baş verib. /Haber Global/