Merkel: Ukrayna Silahlı Qüvvələrində silahdan əvvəl insan tükənəcək
    • 5-06-2023, 09:55
    • 187

Merkel: Ukrayna Silahlı Qüvvələrində silahdan əvvəl insan tükənəcək

"Kiyevin problemi onun silahlarının olmaması deyil, düşmənin sayca çox olmasıdır. Nə vaxtsa elə ola bilər ki, Ukrayna Silahlı Qüvvələrində silahdan əvvəl adam qurtarsın".

News24.az xəbər verir ki, bu sözləri alman politoloq Volf Merkel "Spiegel TV"-yə müsahibəsində deyib. 

Politoloq bunun Ukrayna Silahlı Qüvvələrinə mənfi təsir göstərə biləcəyini vurğulayıb. 

Merkel dediklərini təsdiqləmək üçün Rusiya Federasiyasında bir milyon insanın silahlı, iki milyon nəfərin ehtiyatda olduğu və lazım gələrsə, daha 45 milyon vətəndaşın Rusiya Silahlı Qüvvələrinə qoşula biləcəyini deyib. 

O, bu statistikaları haradan götürdünü açıqlamayıb.