-
- 5-06-2023, 11:24
- 178
Serbiya Prezidenti hər gün 200-dən çox ölüm təhdidi aldığını AÇIQLADI
Serbiya Prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfədən çox ölümlə hədələndiyini bildirib.
News24.az xəbər verir ki, o bu barədə ölkədə Daxili İşlər Nazirliyi və Polis Günü münasibətilə təşkil olunan mərasimdə çıxışı zamanı bildirib.
O, Belqradda keçirilən kütləvi etiraz aksiyasına Vuçiçin təsviri olan asılmış maket gətirən müxalifətin hərəkətinə münasibət bildirməsini xahiş edən jurnalistlərin suallarını cavablandırıb. Serbiya Prezidenti qeyd edib ki, ən azı 2017-ci ildən hökumət əleyhinə nümayişlərdə davamlı olaraq bu hallar müşahidə edilir.
“Mənim işim belə iyrənc və rəzil şeylərə dözməkdir. Mən respublikanın prezidentiyəm, mənim işim ölüm və ölüm cəzası təhdidlərinə dözməkdir, artıq belə şeylərə öyəşmişəm”, - Vuçiç bildirib.
“Serbiyanın daxili işlər naziri hər gün mənə qarşı 200-dən çox birbaşa təhdid edildiyini bilir. Mən bununla yaşayıram, öyrəşmişəm, respublikanın prezidenti və ya görkəmli siyasətçi olanda dözməyi də öyrənməlisən”, - o əlavə edib.
Akqabay