Rusiyaya sanksiya tətbiq etsək, fəlakət olacaq - Kobaxidze
    • 5-06-2023, 12:05
    • 326

Rusiyaya sanksiya tətbiq etsək, fəlakət olacaq - Kobaxidze

Anti-Rusiya sanksiyaları Gürcüstan üçün fəlakət olacaq.

News24.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze deyib.

O, bəyan edib ki, Moskvaya qoyulan məhdudiyyətlər respublikada turizmə təsir göstərəcək və ölkə vətəndaşlarının çoxunu borcluya çevirəcək.

“Bu, ölkəmizə fəlakətli iqtisadi təsir göstərəcək. Müqayisə üçün qeyd edək ki, COVID-19 zamanı ölkəmizin iqtisadi tənəzzülü 6,5 olub” - İrakli Kobaxidze bildirib.

Hakim partiyanın başqanı vurğulayıb Rusiyaya qarşı sanksiyalar bütün sonrakı nəticələrlə birlikdə dövlətin iqtisadi rifahına mənfi təsir göstərəcək: “10-18% iqtisadi tənəzzül Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi nəticəsində olacaq... Bu, ən azı 200 min iş yerinin ixtisarına, maaşların aşağı salınmasına, fermerlərin artıq məhsullarını sata bilməyəcəklərinə gətirib çıxaracaq, onlar borclu qalacaq”.

Qeyd edək ki, Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. Rusiyanın Ukrayna ərazisində “xüsusi əməliyyatı” başlayandan Gürcüstan rəhbərliyi Moskvaya qarşı tətbiq edilən bütün beynəlxalq məhdudiyyətlərə qoşulacağını bəyan edib. Bununla yanaşı, Tbilisi öz sanksiyalarını tətbiq etməkdən qəti şəkildə imtina edir və bu, Gürcüstan hakimiyyətinin fikrincə, ölkə üçün fəlakətə çevriləcək.

Akqabay