-
- 5-06-2023, 12:31
- 232
Çavuşoğludan təhvil aldı – Hakan Fidandan ilk açıqlama
Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan bu vəzifəni Mövlud Çavuşoğludan təhvil alıb.
News24.az xəbər verir ki, təhvil verilmə başa çatdıqdan sonra hər ikisi açıqlama verib.
Çavuşoğlunun açıqlamalarında diqqətçəkən məqamlar belədir:
“Hər addımımızı millətimiz üçün atdıq. İndi bayrağı təhvil vermək növbəsi bizdədir. 8 il 6 ay daşıdığım Xarici İşlər Nazirliyini Hakan Fidana təhvil verirəm.
Başda FETÖ və PKK olmaqla xaricdəki terror şəbəkələrinə qarşı birlikdə mübarizə apardıq.
Hər zaman nazirliyimizin və nazirimizin əmrində olacam və dəstək verməyə hazıram. Həmkarlarımın hər birinə sonsuz təşəkkürümü bildirmək istəyirəm.
Birgə addımlamaqdan şərəf duyduğum möhtərəm prezidentimizlə indi bizim vəzifəmiz “Türkiyə Əsri”ni qurmaqdır”.
Hakan Fidan isə bunları deyib:
“Milli Kəşfiyyat Təşkilatındakı 13 illik fəaliyyətimdən sonra eyni dərəcədə məsuliyyət tələb edən Xarici İşlər Nazirliyinə təyin olunmağım üçün mənə göstərdiyi etimada görə cənab prezidentə minnətdarlığımı bildirirəm.
Mövlud Çavuşoğlu ilə dostluğumuz eyni vaxtda oxuduğumuz Bilkənd Universitetindən başlayır. O, dövlət xadimi və insan və dost kimi həmişə üstün fəzilətlər göstərib.
2003-cü ildə TİKA rəhbəri təyin olunmağımla başlayan son 20 ildə çox yaxından işlədiyim və bütün dünyada üzvlərinin fədakarlığına şəxsən şahidi olduğum Xarici İşlər Nazirliyimizin məsuliyyətini üzərimə götürmək günümüzün mühüm məsələsidir.
Bu gün cümhuriyyətimizin 100, xarici xidmətimizin yaranmasının 500 illiyi ilə bağlı sizinlə birlikdə olmaqdan çox xoşbəxtəm və qürur duyuram. Bu vəzifəmi yerinə yetirərkən millətimizin böyük təqdiri ilə yenidən seçilən prezidentimizin təmsil etdiyi baxış və dəyərlərə uyğun olaraq dövlətimizin və millətimizin bütövlüyü və rifahı üçün əlimdən gələni edəcəm.
Dövlətimizin bütün təsir sferalarından müstəqilliyinə və xalqımızın iradəsinin suverenliyinə əsaslanan milli xarici siyasət baxışını bundan sonra da irəli aparmağa davam etdirəcəm. Dövlətimizə, millətimizə, ölkəmizə xeyirli olsun”.