Prezident Sarayındakı mənbə məlumat sızdırdı – Ərdoğanın varisi o olacaq
    • 5-06-2023, 15:11
    • 354

Prezident Sarayındakı mənbə məlumat sızdırdı – Ərdoğanın varisi o olacaq

“Türkiyə Prezidenti və AK Partiya sədri  Rəcəb Tayyib Ərdoğan son dəfə ölkəyə rəhbərlik edəcək. O, 2028-ci ildə prezidentlik vəzifəsi ilə vidalaşacaq və yerinə kürəkəni Selçuk Bayraktarı gətirməyi düşünür”.

News24.az xəbər verir ki, bunu Türkiyənin “Sözcü” qəzetinin yazarı İsmail Saymaz kimliyini açıqlamadığı Beştəpəyə (Prezident Sarayı) yaxın mənbəyə istinadən bildirib.

“Beştepe'ye yakın isim, Erdoğan'ın cumhurbaşkanlığı görevini son kez yapacağını, 2028'de veda ederken, siyasetçi olarak değil, devlet adamı olarak anılmak istediğini söylüyor. Erdoğan'ın, kendisinden sonrası için damadı Selçuk Bayraktar'ı düşündüğünü kaydediyor.”

“Beştəpəyə yaxın isim, Ərdoğanın son dəfə prezident olacağını və 2028-ci ildə vidalaşan zaman siyasətçi deyil, dövlət adamı kimi xatırlanmaq istədiyini söyləyir. O qeyd edir ki, Ərdoğan özündən sonra kürəkəni Selcuq Bayraktarı hakimiyyətə gətirməyi düşünür”, - İsmail Saymaz qeyd edib.

Akqabay