Dünyada ən çox istifadə edilən veb-brauzerlər
    • 5-06-2023, 16:00
    • 289

Dünyada ən çox istifadə edilən veb-brauzerlər

“StatCounter” bu ilin may ayına qədər dünyada ən çox istifadə edilən internet brauzerlərini təqdim edib.

News24.az xəbər verir ki,  siyahıya 66.02 faizlik göstərici ilə “Google Chrome” başçılıq edir.

Yalnız “Mac” kompüterlərində mövcud olsa da, Apple-ın masaüstü brauzeri “Safari” 12.79 faiz bazar payı ilə ikinci ən populyar brauzer olub.
Son zamanlar bir çox süni intellekt tətbiqini istifadəçilərə təqdim edən Edge isə 9.91 faiz payla üçüncü yerdədir.

Dünyada ən məşhur veb-brauzerlərin siyahısı isə belədir:

1. Google Chrome – 66.02 faiz
2. Apple Safari - 12.79 faiz
3. Microsoft Edge - 9.91 faiz
4. Mozilla Firefox - 5.59 faiz
5. Opera - 4.02 faiz

Bununla yanaşı ən çox istifadə olunan mobil brauzerlər də açıqlanıb:

1.Google Chrome – 61.09 faiz
2.Apple Safari – 27.81 faiz
3.Samsung Internet – 4.97 faiz
4.Opera – 1.8 faiz
5.UC Browser – 1.54 faiz